Nəqliyyat Nazirliyi də dəhşətli yol qəzası ilə bağlı məlumat yaydı

Nəqliyyat Nazirliyi Qaradağ rayonu ərazisində baş verən dəhşətli yol qəzası haqqında məlumat yayıb. Nazirlikdən AzNews.az-a verilən məlumata görə, avqustun 31-i saat 7:30 radələrində Dəmir Yolunun Puta-Heybət mənzilinin 513-cü km-də qorunan keçiddə VL-8-1433 № lokomotivlə maşinist Xanbabayev İslamın idarə etdiyi sərnişin-sürət qatarı sürücü Ağayev Fərid Ağamir oğlunun idarə etdiyi 124 №li marşrut üzrə hərəkət edən 10 TF 927 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtobusla toqquşub.

İlkin məlumata görə 3 nəfər hadisə yerində ölüb, 3 nəfər xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib, 8 nəfər reanimasiyadadır, ümumilikdə isə 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisənin baş vermə səbəbləri Nəqliyyat Nazirliyi və Hüquq Mühafizə orqanları tərəfindən araşdırılır.

AzNews.az