20:59
(077) 610-22-33

Ziyafət Əsgərov: “Azərbaycanda siyasi məhbus yoxdur”

  • >
698 18 Aprel 2014 10:40 | Siyasət

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Nida"çıların məhkəməsi məsələsi qaldırılıb.

APA-nın məlumatına görə, çıxış edən deputat İqbal Ağazadə bununla bağlı ötən gün keçirilən məhkəməni və prokurorun tələbini siyasi sifariş adlandırıb.

O, prokurorun gənclərə ağır cəzalar istəməsini yersiz adlandırıb və "Nida"çıların işini siyasi məsələ kimi xarakterizə edib.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə İ.Ağazadənin fikirlərinə etiraz edib: "Azərbaycanda siyasi məhbus yoxdur, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxslər var. Vəssalam!"


AzNews.az
Bağla X