Faktı iş adamı İlham Rəhimov bilavasitə təsdiq etdi Faktı iş adamı İlham Rəhimov bilavasitə təsdiq etdi

ŞOK XƏBƏR: Ramil Səfərov Bakıya gətirildi!

Faktı iş adamı İlham Rəhimov bilavasitə təsdiq etdi



Azərbaycanlı zabit Ramil Səfərov Bakıya gətirilib. Bu barədə Azərbaycan mediası məlumat yayıb. Faktı, Macarıstanda həbsdə olan zabitimizin gətirilmə prosesində fəallıq göstərmiş və təşkilati işləri həyata keçirmiş iş adamı İlham Rəhimov "Yeni Müsavat"a təsdiqləyib. İrəliləyən saatlarda qəzetimiz onunla müsahibəni yayınlayacaq.

Qeyd edək ki, Ramil Səfərovun ekstradisiyası ilə bağlı çalışmalar davam edirdi. Bu məsələdə Azərbaycan prezidenti və tanınmış iş İlham Rəhimov xüsusi çalışmalar həyata keçiriblər. Bu barədə qəzetimiz dünənki sayında yazıb.

Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Musavat.com