05:48
(077) 610-22-33

ABŞ Dövlət Katibinin müavini Azərbaycanda

  • >
810 19 Aprel 2014 07:26 | Siyasət

Enerji Resursları Bürosunda İcra üzrə ABŞ Dövlət Katibi Köməkçisinin Müavini xanım Culia Neşevat bərpa olunan enerji resursları sahəsində fəaliyyətləri müzakirə etmək və əməkdaşlıq üçün potensial sahələri müəyyən etmək məqsədilə bu həftəsonu Azərbaycana səfər edib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfir Riçard Morninqstar və Dövlət Katibi Köməkçisinin müavini xanım Neşevat Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) ilə görüş keçirib.

Daha sonra xanım Neşevat Balaxanıdakı Tullantıların İdarə Olunması zavoduna, o cümlədən Tullantıların Enerjiyə Çevrilməsi zavoduna səfər etmişdir.

C. Neşevat bildirmişdi ki: "Azərbaycanın alternativ və bərpa olunan enerji resursları sahəsində əldə etdiyi irəliləyişi görmək məni çox sevindirdi. Azərbaycan neft və qaz olkəsi kimi tanınır, lakin biz Azərbaycanı həm də alternativ enerji resursları ölkəsi kimi tanımalıyıq. Azərbaycan təmiz enerji sahəsində böyük irəliləyişə nail olmuşdur və biz Azərbaycanla bu sahədə güclü tərəfdaşlığın qurulmasını səbrsizliklə gözləyirik.

AzNews.az
Bağla X