10:41
(077) 610-22-33

DJ Cavid: “Mahnıları pulla almağa, fonoqramla oxumağa vərdiş edən adam ulduz ola bilməz” - Fotolar

  • >
702 31 Avqust 2012 12:59 | Siyasət

“Azərbaycanda rok musiqisilə məşğul olanlar, roka qulaq asanlar, əsasən rus dillidir”



Azərbaycanın ilk DJ rokçusu Cavid Osmanovun AzNews.az-a müsahibəsi:

- DJ kimi sizi artıq tanıyırlar, bəs nə vaxtdan rokçu olduz?

- Mən 2005-ci ildən gitarada ifa etdim, mahnılar yazırdım. Rusiya Mədəniyyət Mərkəzinə tez-tez gedirdim. Orda mən mahnı və bard musiqisinin gözəlliyini anladım. Bard - öz şeirlərini gitara müşahidəsi ilə oxuyanlara deyillər. Elə Rusiya Mədəniyyət Mərkəzinin xətti ilə iki Beynəlxalq Bard musiqi festivalında iştirak etmişəm. Bu, 2007 və 2008-ci illərə təsadüf edir.Sonra əsgərlik-filan, aydın məsədir ki, musiqi ilə məşğul olmağa imkan olmurdu. Artıq əsgərlikdən qayıdandan sonra, yəni 2009-cu ildə konsert verdim. Konsertdə məndən başqa Ferrum qrupunun yaradıcısı İlkin Məhəmmədli və Azərbaycanın rok səhnəsinin ən tanınmış rok kollektivi olmuş Yuxu qrupunun keçmiş üzvü İbrahim Emində var idi. Onda hiss etdim ki, Azərbaycan dilində olan mahnılara çox tələbat var. Onu da qeyd edim ki, mən əvvəllər yalnız rus dilində oxuyurdum. Artıq ANS ÇM radiosuna düzələndən sonra musiqiyə vaxt qalmırdı. Amma buna baxmayaraq, mən gecələr oyanıb, xələtimi geyinib, keçirdim mətbəxə və yavaşca gitarada mahnı bəstələyirdim. Qəhvə, siqaret tüstüsü, gitara, nəsə bunların hamısında bir romantizm var! Beləcə bir müddət keçdi və mən 2012-ci ilin fevral ayında keçirilən Unformal qupun keçmiş üzvü Rüstəm Məmmədovun təşkil etdiyi konsertdə çıxış elədim. Məhz o konsertə mən Azərbaycan dilində olan mahnı proqramımı göstərdim. Bundan başqa, mənim artıq rok qrupumda var. O "Cavid Osmanov və Qrup" adlanır. Sentyabr ayının 15-i bizim qrup kimi ilk çıxışımız olacaq.

- Tamaşaçılar necə qarşıladılar sizin mahnıları?

- Bilirsiz, Azərbaycanda rok musiqisilə məşğul olanlar, roka qulaq asanlar, əsasən rus dillidir. Onlar mahnının mətnindəki incəliklərini çox vaxtı başa düşmürdülər. Ona görə çətin idi, digər tərəfdən isə, məhz Azərbaycan dilli auditoriya mənə dəstək oldular.

- Sənin mahnılarını eşitməyənlərə, öz yazdığın mahnıları necə təsvir edərsən?

- Maraqlı sualdır. Mən adətən sabiranə janrına üstünlük verirəm. Mahnılarım həmi sevgi, həmi döyüş, həmi zarafatyana, həmi ağrılıdır. Ona görə hamı orda özünü görə, tapa bilər.

- Azərbaycanın Pop ifaçılarına münasibətin nəcədir?

- Gəlin baxaq görək, çoxmu müğənni özü musiqi bəstələyir, söz yazır, onu canlı oxuyur? Təbii ki, az! Buda istənilən rok ifaçının sənət baxımından indiki şou-biznes ulduzundan üstün olduğunu göstərir. Mən hətta bir eksperiment aparardım. Bir ulduz müğənnini və bir rok ifaçını, elə məni fərqli otaqlarda bir geclik tək qoysunlar və məqsəd qoyaq ki, səhərə mahnı yazılsın. Sonra isə 1 satlıq canlı konsert versinlər. Sizcə, bəstəkarların mahnılarını, şairlərin şeirlərini pulla almağa, fonoqramla oxumağa vərdiş edən Azərbaycan şou-biznes ulduzu necə olar? Sizcə kim qalib gələr bu eksperimentdə? Təbii ki, rokçu, yəni mən!

-ANS-in aparıcısı Zəhra ilə evlənməyiniz sizin karyeranızı hansı təsirləri göstərdi?

- Əslində biz Zəhra ilə sevgi üstündə qurulan bir evlilik eləmişik. Düzdü çoxları evlənir şou xətrinə 3-4 ildən sonra boşanır. Mən inanıram ki, bizim evliyimiz daimi olar. Amma onunla evlilikdən sonra daha çox tanınmağa başladım (gülür). Zəhra mənim İlham pərimdir.

- Özünü ulduz hiss edirsənmi?

- Ulduz metroda və ya avtobusda işə gəlmir. Ulduz tək bir maaşla dolanmır. Ulduzun öz evi olar, kirayədə qalmır. Mən bu kriteriyalara görə ulduz deyiləm. Şəhərdə tanıyırlar, amma bu tamamı ilə başqa söhbətdir!

Əminə
AzNews.az
Bağla X