08:03
(077) 610-22-33

Ramil Səfərov: “Hərbçi kimi fəaliyyətimi davam etdirmək fikrindəyəm“

  • >
924 31 Avqust 2012 14:22 | Siyasət

“Həbs həyatı mənim üçün çox ağır keçib”

"Bu səkkiz il yarım həbs həyatı mənim üçün çox ağır keçib". Bunu jurnalistlərlə söhbətində bu gün həbsdən azad edilən Milli Ordunun zabiti Ramil Səfərov deyib. O bildirib ki, həbsdə olmasına baxmayaraq heç vaxt ümidini itirməyib.

R. Səfərov onun həbsdən azad edilməsi üçün Azərbaycanda aparılan işlərdən xəbərdar olduğunu vurğulayıb: "Mənim üçün çalışan hər bir kəsə və bütün türk dünyasına öz təşəkkürümü bildirirəm. Mən Qarabağ problemi ilə bağlı aparılan işləri də hər zaman diqqətdə saxlamışam. Ali Baş Komandanın bu istiqamətdə apardığı fəaliyyəti düzgün qiymətləndirirəm". R. Səfərov gələcəkdə hərbçi kimi fəaliyyətini davam etdirmək fikrində olduğunu da vurğulayıb.

AzNews.az
Bağla X