04:57
(077) 610-22-33

Sabah Ermənistanda Ramil Səfərov ŞOK-u yaşanacaq

  • >
778 31 Avqust 2012 15:56 | Siyasət

Sabah saat 12:00-da Ermənistan Xarici İşlər nazirliyinin qarşısında Ramil Səfərovun azad edilməsi ilə bağlı kütləvi etiraz aksiyası keçiriləcək. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, aksiyada Xarici İşlər nazirinin istefası tələb olunacaq. Daha sonra aksiyaçıların Ermənistandakı Macarıstan səfirliyi qarşısında şüarlar səsləndirəcəyi bildirilir.

Bundan əlavə aksiyanın təşkilatçısı olan "Ayazn" birliyi bəyanatında bildirib ki, Səfərovun azadlığa çıxmasında birbaşa günahkar indiki Ermənistan rəhbərliyidir. Çünki onlar bu illər ərzində bu məsələyə lazımi diqqət ayırmayıblar.

Sadiq
AzNews.az
Bağla X