05:31
(077) 610-22-33

ABŞ səfiri prezidentlərin görüşünə ümid edir

  • >
872 23 Aprel 2014 08:19 | Siyasət

"ABŞ Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünün yaxın gələcəkdə keçiriləcəyinə ümid edir". Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Onun sözlərinə görə, prezidentlərin görüşü həm rəsmi, həm də qeyri-rəsmi şəkildə keçirilə bilər.

R.Morninqstar ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ üzrə davam edən danışıqlar prosesində fəal çalışdığını bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün konkret addımlar müzakirə edilməlidir. Bu səbəbdən hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi vacibdir".

Qeyd edək ki, Riçard Morninqstar bu gün Bakıda keçirilən Beynəlxalq Xəzər Enerji Forumunda iştirak edəcək.(qafqazinfo)
Bağla X