Azərbaycanın Londonda ikinci qızılı

Azərbaycan yığması Londonda keçirilən Paralimpiya oyunlarında ikinci qızıl medalını qazanıbş Belə ki, Ramin İbrahimovun (60 kq) ardınca növbəti uğur da cüdo komandamızdan gəlib.

57 kq çəki dərəcəsində mübarizə aparan Afaq Sultanova bütün rəqiblərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. İdmançımız finalda braziliyalı Lusia da Silvanı məğlub edib.

Onu da qeyd edək ki, yarışın ilk iki günündə iştirak edən digər idmançılarımız hələlik medal qazana bilməyiblər.

Emin Abbasov
AzNews.az