15:35
(077) 610-22-33

Sərdar Cəlaloğlu müxalifətin susqunluq sindromundan danışdı

  • >
1 306 23 Aprel 2014 14:55 | Siyasət


"Siyasi maneələr vətəndaşların da müxalifət partiyalarına marağını azaldıb". Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O, bildirib ki, müxalifət düşərgəsində susqunluğun höküm sürməsinin subyektiv və obyektiv səbəbləri var: "Ya xalqda fəallıq olmalıdır ki, müxalifət xalqın önünə çıxa bilsin, ya da iqtidar hər hansısa bir fəal siyasət aparmalıdır ki, müxalifət də ortaya alternativlik qoysun. Digər tərəfdən Azərbaycanda çoxpartiyalı siyasi sistemə münasibət yaxşı səviyyədə deyil. Konstitusiya və qanunlarda proporsional seçki sistemin çıxarılması, dövlətin siyasi partiyalar haqqında öhdəliklərinin məhdudlaşdırılması, siyasi fəaliyyətin qadağan edilməsi, xalqla ünsiyyətin məhdudlaşdırılması müxalifətin siyasi işini qurmağa imkan yaratmır. Həmçinin, sözü gedən maneələr vətəndaşların da siyasi partiyalara marağını azaldıb. Bütün adını sadaladığım məsələlər obyektiv səbəblərdən baş verir".

S. Cəlaloğlu əlavə edib ki, digər tərəfdən bir çox siyasi partiyalar və təşkilat liderləri şəxsi qrup maraqlarından çıxış edirlər: "Bəzi liderlər hadisələrin mahiyyətinə vara bilmədiyindən müxalifətin bir araya gəlməsinə və yaxud vahid gücün formalaşdırılmasına maraq nümayiş etdirmir". ADP sədri müxalifətə beynəlxalq dəstəyin verilməməsindən də gileylənib.

Amid
AzNews.az
Bağla X