13:04
(077) 610-22-33

Ramil Səfərovun azadlığı Türkiyə mətbuatının manşetləri oldu

  • >
953 31 Avqust 2012 22:19 | Siyasət

Türkiyə KİV-ləri Ramil Səfərovun avqustun 31-də Bakıya gətirilərək Prezident İlham Əliyevin Sərəncamı ilə əfv olunması barədə ğeniş materiallar yayımlayır.
Materiallarda qeyd olunur ki, 2004-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində təlimlərdə iştirak edən azərbaycanlı zabit Ramil Səfərov erməni zabit tərəfindən ağır təhqir və psixoloji təxribata məruz qalıb. Bu səbəbdən də Ramil onu qətlə yetirib. Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Azərbaycana ekstradisiya edilib, Ramil Səfərov Prezident İlham Əliyevin Sərəncamı ilə əfv olunub.

Mətnlərdə Macarıstanda məhkum həyatı yaşayan Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi və Prezident İlham Əliyev tərəfindən əfv olunmasının Azərbaycanda sevinclə qarşılandığı bildirilir.
Azərbaycanda xəbərin yayılmasından sonra sosial şəbəkələrdə Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı təbrik mesajları göndərilir.

İradə
AzNews.az
Bağla X