16:09
(077) 610-22-33

Milli Şura toplandı

  • >
926 24 Aprel 2014 10:33 | Siyasət


Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin toplantısı keçirilib. Milli Şuranın üzvü Gültəkin Hacıyeva AzNews.az-a deyib ki, toplantıda Kordinasiya Şurasının qəbul etdiyi qərarların icrası, ölkədəki ictimai-siyasi vəziyyət və jurnalist Rauf Mirqədirovun həbsi müzakirə mövzusu olub: "Milli Şura "Ayna-Zerkala" qəzetinin əməkdaşı, bir müddət bundan əvvəl həbs olunan Rauf Mirqədirovun həbsini müzakirə etdi. Sonda belə qərara alındı ki, onun həbsinə etiraz əlaməti olaraq bəyanat qəbul edilsin. Bu gün, ya da sabah həmin bəyanat ölkə mətbuatında dərc olunacaq".

Bahar Rüstəmli
AzNews.az
Bağla X