Ramil Səfərovun bu günə olan qrafiki - Eksklüziv

Aldığımız xəbərə görə, bu gün leytenant Ramil Səfərovun müdafiə naziri Səfər Əbiyevlə görüşü nəzərdə tutulub. Məlumatı AzNews.az-a leytenantın ailəsi təsdiqləsə də, bu barədə ətraflı məlumat vermək istəmədilər. Amma görüşdə Ramilə yüksək hərbi rütbə veriləcəyi ilə bağlı versiyalar səsləndirilir. Bu rütbənin ən azı polkovnik olacağı haqqında məlumatlar var. Belə ki, Ramilin xidmət müddətini nəzərə alsaq, həmin rütbənin verilməsi tamamilə qanunauyğundur.

Ailəsinin bildirdiyinə görə, Ramil Səfərovun gündəlik qrafikində geyimlərin də alınması nəzərdə tutulub. Bu gün cənab leytenantı hansısa ticarət obyektində görənlər təəccüblənməsinlər.

Elza
AzNews.az