Ermənistan XİN: “Bu Macarıstandan Ermənistana qarşı düşmən addımıdır”

Ermənistan Xarici İşlər Nazirliyi ramil Səfərovun ekstradisiyası ilə bağlı açıqlama yayıb. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Xarici İşlər Nazirliyi macar tərəfini hadisələrin bu cür cərəyan edə biləcəyini nəzərə almamaqda ittiham edib və bildirib ki, onlar məsələnin Azərbaycanda dövlət və prezident səviyyəsində olduğunu çoxsaylı bəyanatlardan yaxşı bilirdilər.

Bundan əlavə, bəyanatda Macarıstanının üzərinə ekstradisiyaya görə məsuliyyət də qoyulub və bildirib ki, bu cinayətkar əməliyyata görə onlar məsuliyyət daşıyırlar. Bəyanatda həmçinin qeyd edilir ki, bu macar tərəfinin Ermənistana düşməncəsinə addımıdır və bu ikitərəfli əlaqələrə mənfi təsir göstərir.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi diplomatik əlaqələrin dayandırılması ilə bağlı macar tərəfini məlumatlandırıb.

Sadiq
AzNews.az