Müdafiə naziri Səfər Əbiyev Azərbaycan Ordusunun zabitini qəbul edib Müdafiə naziri Səfər Əbiyev Azərbaycan Ordusunun zabitini qəbul edib

Ramil Səfərova mayor rütbəsi verildi

Müdafiə naziri Səfər Əbiyev Azərbaycan Ordusunun zabitini qəbul edib



Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu qəbul edib. Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Vətənə dönməsi və prezident İlham Əliyev tərəfindən əfv olunması münasibəti ilə R.Səfərovu təbrik edən müdafiə naziri onu mayor rütbəsi ilə təltif edərək gələcək hərbi fəaliyyətində uğurlar arzulayıb.

Müdafiə naziri Azərbaycan zabitinə – vətəndaşına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz dərin təşəkkürünü bildirməklə yanaşı atılan bu addımı Azərbaycan xalqı qarşısında misilsiz xidmət kimi qiymətləndirib.

AzNews.az