08:26
(077) 610-22-33

6 ölkənin müğənnisi Qarabağa səfər edir

  • >
1 018 1 Sentyabr 2012 14:13 | Siyasət

Onların arasında İran sənətçiləri də var



Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma "DQR"in yaranmasının 21 illiyi münasibətilə təşkil ediləcək mərasimlərdə bəzi ölkələrdən sənət adamlarının iştirakı nəzərdə tutulur.

Bu barədə məlumatı Rusiyanın "Regnum" informasiya agentliyi yayıb. Məlumata görə, sentyabrın 2 - də keçiriləcək mərasımdə Ermənistan, ABŞ, Rusiya, Ukrayna, İspaniya və hətta İrandan dəvət edilən artistlər çıxış edəcək. Lakin erməni əsilli Amerika müğənnisi Araksiya Varderesyandan başqa Qarabağa Azərbaycanın icazəsi olmadan, qanunsuz səfər edəcək müğənnilərin heç birinin adı açıqlanmayıb.

Sadəcə həmin müğənnilərin sentyabrın 7 və 13-də də keçiriləcək tədbirlərə qatılacağı bildirilib. Qeyd edək ki, Azərbaycanın işğal olunmuş torpaqlarına Ermənistan parlamentinin spikeri Avik Abramyanın rəhbərlik etdiyi nümayəndə heyəti də səfər edəcək.

E.Əlosmanqızı
AzNews.az
Bağla X