Rumıniya Şenqen zonasına daxil ola bilməyəcək

Avropa Kommisiyasının sədr müavini Viviane Reding Fransanın nüfuzlu "Le Monde" qəzetinə müsahibəsində bildirib ki, Avropa Kommisiyası Rumıniyanın siyasi sistemində yay aylarında baş verən və hazırda davam edən hadisələri diqqətlə izləyir.

AzNews.az-ın məlumatına görə, V.Reding vurğulayıb ki, Rumıniyanın siyasi sistemində baş vermiş vəziyyət bu ölkənin Şenqen zonasına daxil olmasını nəzərdə tutan və Avropa İttifaqı ölkələrinin yekdilliklə səs verdiyi qərara təsir edə bilər.

V.Redinqin müsahibəsindən sonra Rumıniyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur ki, Avropa Kommisiyasının sədr müavinin fikirlərini təəccüb doğurur. O bildirib ki, Rumıniyanın Şenqen zonasına daxil olması ölkənin Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərdən biridir.

Ədil
AzNews.az