19:03
(077) 610-22-33

Erməni rəsmisi: “Ramil Səfərovun azad olunması Strasburq konvensiyasına ziddir”

  • >
519 2 Sentyabr 2012 10:57 | Siyasət

"Rəsmi Bakının Ramil Səfərovun azad edilməsini qanuniləşdirmək cəhdləri əsasızdır və Strasburq konvensiyası ilə ziddiyyət təşkil edir". AzNews.az-ın regnum.ru saytına istinadən xəbər verir ki, bu fikirləri Ermənistan Xarici işlər nazirinin müavini Şavarş Koçaryan keçirdiyi mətbuat konfransında səsləndirib. O, həmçinin fikirlərində bu addımı pisləyən ifadələrə yer verərək bildirib ki, bu cür addım konvensiyanın humanist ruhuna ziddiyyət təşkil edir. Bundan əlavə Şavarş Koçaryan Ramil Səfərovun ölkəsində qəhraman kimi qarşılanmasında da narahat olduğunu dilə gətirib.

Nəzərinizə çatdıraq ki, erməni nazir müavini "Xocalı" soyqırımını törədənlərin hansı vəzifələr tutduğuna aydınlıq gətirməyib.(red)

Sadiq
Aznews.az
Bağla X