08:25
(077) 610-22-33

Bakı metrosunda bomba şoku yaşandı

  • >
617 3 Sentyabr 2012 08:43 | Siyasət

Bakı Metropolitenin stansiyalarından birində bomba həyəcanı yaşanıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, partlayıcının "20 Yanvar" stansiyasına partlayıcı qurğunun yerləşdirilməsi barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin metro stansiyanın ərazisində şübhəli əşya aşkar etməyiblər.

AzNews.az
Bağla X