02:35
(077) 610-22-33

Rüstəm Məmmədov: “Sərkisyan hoppanıb-hoppanıb sakitləşəcək”

  • >
679 3 Sentyabr 2012 10:02 | Siyasət

“Azərbaycan üçün heç bir təhlükə yoxdur”



Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan dünən Parisdə ATƏT-in Minsk Qrupu həmsədrləri Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) görüşüb. Görüşdə yalnız bir məsələ - Ramil Səfərovun Azərbaycana qaytarılması və əfvi müzakirə edilib.

E. Nalbandyan buna kəskin etirazını bildirib, Azərbaycanın bu addımının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səylərinə mənfi təsir göstərəcəyini deyib. Həmçinin, Ermənistan prezidentinin Azərbaycana qarşı təhdidedici çıxışları narahatlıq doğurur. Ramil Səfərovun azadlığa çıxması bütün Ermənistanı silkələyib.

Politoloq Rüstəm Məmmədov AzNews.az-a məsələni qısaca olaraq belə şərh etdi: "Azərbaycan konvensiyaya çərçivəsində addım atıb. Biz heç bir qanunsuzluq etməmişik. Azərbaycan konstitusiyasına görə Ramil Səfərov milli qəhrəmandır. Ramil bizim milli qəhrəmanımızdı, fəxrimizdi. O, bizim bayrağımızı ucaldıb. Bunu müzakirə etmək olmaz.

Ermənistanın hay-küy salmasına fikir vermək lazım deyil. Ermənistan prezidenti Serj Sərkisyan hoppanıb-hoppanıb sakitləşəcək. Macarıstanın da Azərbaycana nota verməsinin heç bir əhəmiyyəti yoxdur. Onlar özləri buraxmaq istəməsəydilər, buraxmazdılar. Bu məsələdə Azərbaycan üçün heç bir təhlükə yoxdur. Bu məsələ, artıq, qapanıb".

İlkin
AzNews.az
Bağla X