Rejissor: “Teatrda iş şəraiti yoxdur”

"Şekspirin də binası yox idi. O, quşxanada işləyirdi. Şekspir ən dahi əsərlərini quşxanada yazırdı". İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Oruc Qurbanov AzNews.az-a açıqlamasında belə dedi.

O.Qurbanovun sözlərinə görə, bina yoxdur sözü sadəcə bir bəhanədir: "Nə olsun, ki, İrəvan Dövlət Teatrının da binası yoxdur. Teatrda yaradıcılıq atmosferi olanda, rejissorlarla dil tapanda hər şey qaydasında olur.

Bizim teatrımızın səhnəsi qəzalı vəziyyətdədir. Amma buna baxmayaraq, biz foyedə bir səhnə düzəltmişik. Ora həm məşq, həm də aktyorların qrim otağıdır. Mənim kabinetim də ordadır. İşləyirik. Daha başqaları kimi "şərait yoxdur" deyə bəhanə gətirmirik".


Bahar
AzNews.az