Elman Abdullayev: "Ramil Səfərovun ekstradisiyası zamanı heç bir qanun pozuntusuna yol verilməyib" Elman Abdullayev: "Ramil Səfərovun ekstradisiyası zamanı heç bir qanun pozuntusuna yol verilməyib"

XİN-dən Rusiyanın mövqeyinə münasibət gəldi

Elman Abdullayev: "Ramil Səfərovun ekstradisiyası zamanı heç bir qanun pozuntusuna yol verilməyib"



"Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv olunması zamanı heç bir qanun pozuntusuna yol verilməyib". Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ramil Səfərovla bağlı Rusiya XİN tərəfindən yayılan bəyanatı şərh edərkən deyib.

XİN-in sözçüsü bildirib ki, Ramil Səfərovun Azərbaycana qaytarılması beynəlxalq konvensiya və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib. E.Abdullayev xatırlatdıb ki, məhz Ermənistan Azərbaycana qarşı dəfələrlə cinayətlər törətdib: "Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq bu məsələdə işğal amilini nəzərə almalıdır".

XİN-in mətbuat xidmətinin rəhbəri əlavə edib ki, Ramil Səfərovun ekstradisiyası iki müstəqil ölkə arasında qanun çərçivəsində həyata keçirilən bir proses olub.

Ədil
AzNews.az