“Metroda polis bıçaqlandı” başlığı düzgün deyil “Metroda polis bıçaqlandı” başlığı düzgün deyil

Metropoliten polisin bıçaqlanmasını təkzib etdi

“Metroda polis bıçaqlandı” başlığı düzgün deyil



Bu gün Xəzər rayonu 3 saylı polis bölməsinin əməkdaşının cinayətkarın saxlanılması zamanı bıçaq zərbəsi alması xəbəri yayılıb. Xəbərdə soyğunçuluq törətdiyinə görə axtarışda olan 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Mansur Zeynalovun saxlanılması üzrə əməliyyat keçirilməsi zamanı M.Zeynalov cibindəki bıçaqla polis əməkdaşı Mahir Ələkbərova xəsarət yetirildiyi bildirilir.

Metropolitenin Mətbuat xidmətindən AzNews.az-a verilən məlumatda xəbər təkzib olunub. Xidmətdən bildiriblər ki, "Metroda polis bıçaqlandı" başlığı düzgün deyil. "Bu hadisə ola bilsin ki, 20 yanvar metrosunun yaxınlarında olub".

Bahadur
Aznews.az