06:18
(077) 610-22-33

Fransa İsrailə yol göstərdi

  • >
553 4 Sentyabr 2012 14:47 | Siyasət

Loran Fabius: "İsrail İrana hərbi müdaxilə edərsə, bundan özü zərərli çıxar”



"İsrail İrana hərbi müdaxilə edərsə, bundan özü zərərli çıxar". APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransanın xarici işlər naziri deyib.

Onun sözlərinə görə, İranın nüvə silahı istehsal etməsinə mane olmaq üçün bu ölkəyə qarşı sanksiyaların artırılması lazımdır: "Fransa İsrailin İrana hərbi müdaxilə edəcəyi təqdirdə, ölkə ictimaiyyətinin hökumətin yanında ola biləcəyindən qorxur. Ona görə də sanksiyaları sərtləşdirib İranla müzakirələri davam etdirməyimiz lazımdır".

L. Fabius Çin, Rusiya və Hindistanın İrana qarşı sanksiyalara qoşulmamasını tənqid edərək, bu vəziyyəti böyük problem kimi xarakterizə edib.

AzNews.az
Bağla X