02:18
(077) 610-22-33

Kilikya Katalikosu Macarıstan prezidentinə məktub göndərdi

  • >
502 4 Sentyabr 2012 15:09 | Siyasət

Kilikya Katalikosu 1-ci Aram Ramil Səfərovun azad edilməsi ilə bağlı Macarıstan Prezidentinə etiraz məktubu göndərib. AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, məktub Macarıstanın Livandakı səfirliyinə təqdim edilib.

Verilən məlumata görə, katalikos məktubunda Ramil Səfərovun ekstradisiyasını beynəlxalq hüququ ələ salmaq və ədalətli mühakimə prinsiplərini tapdalamaq kimi xarakterizə edib. O, həmçinin məktubda qeyd edib ki, bu addım həm Ermənistanda, həm də erməni diasporunda böyük narazılıq yaradıb.

Nəzərinizə çatdıraq ki, katalikos birinci Aram məktubunda Dağlıq Qarabağla bağlı bir cümlə belə qeyd etməyib.

Sadiq
AzNews.az
Bağla X