09:12
(077) 610-22-33

İrandakı şairlərimiz azad edildi

  • >
821 4 Sentyabr 2012 20:31 | Siyasət

İranda həbs olunmuş Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə sentyabrın 4-də azad olunublar.
Şəhriyar Hacızadənin atası Hacı Mail AzadlıqRadiosuna faktı təsdiqləyib: "Şəhriyar özü mənə zəng vurdu. İran tərəfi uşaqları bizim konsulluğa təhvil verib. Ya sabah, ya da 4-cü gün Bakıya gələcəklər".
Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs olunmuşdular. Şairlərin konkret hansı maddələrlə ittiham olunmaları barədə məlumat verilmirdi. Nəhayət avqust ayında onların məhkəməsi olmuş və hökmün oxunması sentyabrın 7-ə saxlanmışdı.

Səadət Abbaslı
AzNews.az
Bağla X