Avropa Şurası da mövqe açıqladı

Avropa Şurasının baş katibi Turbern Yaqland Ramil Səfərovun azad edilməsi ilə bağlı münasibət açıqlayıb. AzNews.az-ın newsarmenia.ru saytına istinadən verdiyi xəbərə görə, Yaqland Səfərovun azad edilməsini qəbul edilməz adlandırıb.

"Məhkəmə prosesinə qarışmaq düzgün deyil ancaq, qətl törətmiş şəxsin qəhrəman obrazını yaratmaq da qəbul olunmazdır".

O, həmçinin bu cür addımların Avropa dəyərləri ilə ziddiyyət təşkil etdiyini deyib. Bununla belə Avropa şurasının baş katibi Qarabağla bağlı hər hansı fikir bildirməyib.

Sadiq
AzNews.az