Şairlər səfirliyimizdə dindirilir - Eksklüziv

Bu ilin mart ayından İranda həbsdə olan gənc şairlər - Fərid Hüseyn və Şəhriyar Hacızadə hazırda Azərbaycanın İrandakı səfirliyindədir. Bu barədə AzNews.az-a Şəhriyarın yeznəsi Coşqun Əzimov məlumat verib.

C.Əzimovun sözlərinə görə, bunu Şəhriyar telefonda atasına deyib: "Şəhriyar atasına deyib ki, azad olub və hazırda Azərbaycanın İrandakı səfirliyindədir. İndi orada danışıqlar gedir. Çox güman ki, sentyabrın yeddisinə kimi Bakıda olacaqlar".

Bahar
AzNews.az