Məlumat ilk dəfə redaksiyamıza daxil olub və qeyd edirik ki, məlum hadisə ilə bağlı hələ cinayət işi açılmayıb Məlumat ilk dəfə redaksiyamıza daxil olub və qeyd edirik ki, məlum hadisə ilə bağlı hələ cinayət işi açılmayıb

Bakıda skuter müəllimi qızları zorlayır – Şok-fakt

Məlumat ilk dəfə redaksiyamıza daxil olub və qeyd edirik ki, məlum hadisə ilə bağlı hələ cinayət işi açılmayıb



AzNews.az-a daxil olan məlumata görə, Mərdəkanda yerləşən "SweetyBeach" adlanan çimərlikdə ard-arda bir neçə zorlama hadisəsi baş verib. Belə ki, skuter sürməyi öyrədən müəllim qızları sahildən uzaqlaşdırıb zorlayırmış. Tələbələr isə əsasən, Bakıya nabələd, Rusiyadan istirahətə gələnlər olub.

Qızların adları məlumdur. Onlardan ikisinin verdiyi açıqlamaya görə, skuter müəllimi sahildən uzaqlaşandan sonra tələbələrinə hədə-qorxu gəlib. Razılaşmasalar onları öldürəcəyini bildirib. Həmin müəllimin kimliyi açıqlanmır.

Qızların dediyinə görə, müəllim qarabənizlidir və yaşı 30-dan çox deyil. Qızlardan biri qorxusundan şikayət etmədən öz ölkəsinə - Rusiyaya qayıdıb. Digər zərərçəkmiş isə ailəsi ilə problem yaşayacağından qorxur. "SweetyBeach" çimərliyində başqa zərərçəkmiş qızların olması da ehtimal edilir.

Mövzunu diqqətdə saxlayacağıq.

Şəbnəm Həsənbəyli
AzNews.az