- Köhnə - Siyasət
- 5 Sentyabr 2012 16:02
- 4 696
İcra başçısı YAP-ın sədrliyindən çıxarıldı
Konfransda YAP İcra katibinin müavini Siyavuş Novruzov, həmçinin Laçın rayon İH-nin başçısı Ramiz Cəbrayılov, Ağcabədi rayon İH-nin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov, Milli Məclisin deputatlarından YAP Siyasi Şurasının üzvü Mirkazım Kazımov, Tahir Rzayev və Rauf Əliyev çıxış ediblər. Konfransda daha sonra təşkilati məsələlərə baxılıb.
YAP Laçın rayon təşkilatının 35 nəfərdən ibarət Şurası və 15 nəfərdən ibarət İdarə heyəti seçilib. Aqil Nəzərli yekdilliklə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri seçilib.
Qeyd edək ki, YAP Laçın rayon təşkilatına indiyədək sabiq deputat, Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov sədrlik edib.
AzNews.az