Ermənilər Türkiyəyə qarşı da “Qurqen” yaratdılar

Ermənilər Ramil Səfərov amilindən qardaş Türkiyəyə də qarşı istifadə etməyə başlayıblar. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, İstanbulun taksim meydanında etiraz aksiyası təşkil olunub.

Bu dəfə ermənilər, Türkiyəni də "qatil" millət kimi göstərmək məqsədilə əsgər Sevak Balıkçının qatilinin tapılmamasına etiraz ediblər. Onun plokatlarını tutub şüarlar səsləndiriblər.

Görünən odur ki, Ermənistan Qurqendən Azərbayan əleyhinə, Sevakdan da Türkiyə əleyhinə istifadə etməyə çalışır.

Sadiq
AzNews.az