Aksiya sentyabrın 7-də təşkil olunacaq Aksiya sentyabrın 7-də təşkil olunacaq

Ermənilər Moskvada da hay-küy salacaq

Aksiya sentyabrın 7-də təşkil olunacaq



Ramil Səfərovun ekstradisiyası ilə bağlı daha bir aksiya Rusiyanın paytaxtında təşkil olunacaq. AzNews.az-ın newsarmenia.ru saytına istinadən verdiyi xəbərə görə, aksiya sabah Moskvadakı Macarıstan səfirliyi qarşısında keçiriləcıək.

Bundan əlavə, Rusiyada yaşayan ermənilər ümum şəhər mitinqi də keçirməyi planlaşdırır ancaq bununla bağlı razılıq şəhər rəhbərliyindən hələ ki, alınmayıb.

Rusiya Erməni Birliyi aksiya ilə bağlı bildirib ki, onların etirazları macar xalqına qarşı deyil, onlar macar hökumətinin Ramil Səfərovu Azərbaycana ekstradisiya etməsinə etiraz edəcəklər və bu addımı pisləyən şüarlar səsləndirəcəklər.

Sadiq
AzNews.az