Estoniya erməniləri soydaşlarımızı təxribata çəkir

Estoniyanın Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi bu ölkədəki soydaşlarımıza müraciət edib. Müraciətdə ermənilərin millətlərarası qarşıdurma yaratmaq istədiyini vurğulayan mərkəz soydaşlarımızı təxribatına uymamağa çağırıb.

Xatırladaq ki, ermənilər Tallindəki provaslav kilsəsinin qarşısında mitinq keçirərək azərbaycanlıların təxribata çəkməyi planlaşdirib. Azərbaycan Mədəniyyət Mərkəzi isə soydaşlarımıza müraciətində onları mitinq keçirilən əraziyə getməməsini istəyib.

Mərkəz Estoniyadakı soydaşlarımıza alternativ variant kimi Azərbaycanın bu ölkədəki səfirliyi qarşısına toplaşmağı məsləhət görüb: "Estoniya bizim ümumu evimiz və ikinci vətənimizdir. Bizim məqsədimiz Estoniyaya milli zəmində münaqışə yaratmaq deyil, cülh şəraitində yaşamaqdır".

E.Əlosmanqızı
AzNews.az