17:13
(077) 610-22-33

Azərbaycan şairləri: “İran dövləti bizi əfv edib” - Fotolar

  • >
653 6 Sentyabr 2012 21:03 | Siyasət

"Orada bizimlə İslam dəyərləri çərçivəsində davranırdılar, mərhəmət göstərirdilər"



"İran dövləti bizi əfv edib. Orada bizimlə İslam dəyərləri çərçivəsində davranırdılar, mərhəmət göstərirdilər. Ailəmizlə, Təbrizdəki Azərbaycan Konsulluğunun əməkdaşları ilə əlaqə yaratmağa şərait yaradırdılar".

APA-nın İran-Azərbaycan sərhədinin Biləsuvar sərhəd keçid məntəqəsində olan əməkdaşının verdiyi xəbərə görə, bunu İranda həbsdən azad edilərək Azərbaycana gələn şairlər Şəhriyar Hacızadə və Fərid Hüseyn deyib. Bu il mayın 2-də Təbrizdə axşam saatlarında saxlandıqlarını, bu gün isə Azərbaycanın Təbrizdəki Konsulluğuna verildiklərini bildirən şairlər həbsin səbəbləri barədə məlumatları Bakıda keçirəcəkləri mətbuat konfransında açıqlayacaqlarını deyiblər. Onlar həbsdə olduqları müddətdə idmanla, yaradıcılıqla məşğul olduqlarını açıqlayıblar.

Şəhriyar Hacızadə və Fərid Hüseyn onlara göstərilən diqqətə görə, Azərbaycan prezidentinə, ölkənin yaradıcı insanlarına, Azərbaycanın Təbrizdəki Konsulluğunun əməkdaşlarına, həbsdən azad olunmaları üçün çalışan hər kəsə təşəkkürlərini bildiriblər.

AzNews.az
Bağla X