08:40
(077) 610-22-33

Xəzərdə müharibə təhlükəsi

  • >
624 7 Sentyabr 2012 09:49 | Siyasət

"Xəzər dənizində bir sıra dövlətlərin hərbi təlimlər keçirməsinə baxmayaraq bu fəallıq ciddi silahlı qarşıdurmaya çevrilməyəcək". Bu fikirləri Xəzər dənizində müharibə təhlükəsinin gözlənilməsi barədə "Rusiyanın səsi" radiosunun sualını cavablandıran Siyasi Konyukturalar Mərkəzinin eksperti Dmitri Abzalov səsləndirib. Eyni zamanda bir neçə dövlətin bölgədə hərbi fəaliyyətini artırdığını vurğulayan radio Rusiya raketçilərinin sahilin müdafiəsi ilə bağlı məşqlərini xatırladıb: "İran da yaxın zamanda hərbi təlimlər keçirməyə hazırlaşır. Azərbaycan və Qazaxıstan daim hərbi-dəniz fallığına saxlayır.

Türkmənistan ilk dəfə olaraq böyük masştablı təlimlər planlaşdırır". Xəzər dənizində yaranan vəziyyəti şərh edən ekspert yaxın 2 ay ərzində iqtisadi maraqlarla bağlı mübarizənin daha da şiddətlənəcəyini təxmin edib: "Xəzər hər şeydən əvvəl iqtisadi maraqlar regionudur. Regionda Çinin də öz maraqları var".

Ekspert Xəzər məsələsi ilə əlaqədar Azərbaycan və Türkmənistan arasında əvvəllər baş verən fikirayrılıqlarına da toxunub: "Nə Azərbaycan, nə də Rusiya müstəqil şəkildə genişmiqyaslı hərbi əməliyyatlar apara bilməz. Onlara mütləq müttəfiqlər lazımdır. İranın da böyük iqtisadi potensialı var. Əgər iki qüvvə arasında müharibə başlasa digərləri də müdaxilə edəcək. Ona görə də münasibətlərin hərbi qarşıdurma müstəvisinə keçməsi gözlənilən deyil". Bununla yanaşı ekspert su sərhədlərinin pozulması kimi halları istisna etməyib.

E.Əlosmanqızı
AzNews.az
Bağla X