19:57
(077) 610-22-33

Siyavuş Novruzov: “Müxalifət yalnız qara yaxmaqla məşğuldur”

  • >
880 7 Sentyabr 2012 14:46 | Siyasət

“Görülən bütün işlərin nəticəsi olaraq gənclər azadlığa çıxdı"

"Şairlərin azadlığa çıxmasında ölkə rəhbərliyinin, Xarici İşlər Nazirliyinin apardığı danışıqların çox böyük rolu oldu". Bunu AzNews.az-a Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə digər strukturlar da bu işdə əhəmiyyətli rol oynayıb: "Görülən bütün işlərin nəticəsi olaraq gənclər azadlığa çıxdı. Gənc şairlərin azadlığa çıxması münasibətilə onları və ailə üzvlərini təbrik edirəm".

Millət vəkili Ramil Səfərovun və gənc şairlərin azadlığa çıxmasını 2013-cü il seçkilərinə hesablanmış addım adlandıranlara belə cavab verib: "Prezidentimiz həmişə deyib ki, bütün vətəndaşların prezidentiyəm. Bu istər seçkiqabağı olsun, istərsə də seçki sonrası. Müxalifət partiyalarının atdığı addımlar onların yanlış yolda olduğunu sübut edir. Müxalifət görülən işlərə qara yaxır.

Biz müxalifət düşərgəsini "Avroviziya"da da, dünya çempionatlarında da, olimpiya oyunlarında da hansı işlərlə məşğul olduqlarını gördük. Onlar ölkənin uğurlarını deyil, ayrı-ayrı qurumların göndərdiyi bəyanatları dəstəkləyirlər. Reallıq bundan ibarətdir ki, son zamanlar görülən işlər Azərbaycan dövlətinin apardığı siyasətin bir hissəsidir və bu siyasət inkişaf etdirilir".

İlkin
AzNews.az
Bağla X