04:58
(077) 610-22-33

Müsavat və AXCP DQMM-ə niyə qoşulmadı?

  • >
543 8 Sentyabr 2012 18:05 | Siyasət

Gülağa Aslanlı: “DQMM bizim məqsədlərimizə xidmət etmir” Razi Nurullayev: “AXCP-nin həmin quruma qoşulması Müsavatla münasibətləri gərginləşdirə bilər”



Bildiyiniz kimi, bir neçə gün öncə ADP-nin qərargahında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti toplantısı keçirilib. Toplantıda Yusif Bağırzadə (AMİP), Şakir Ulubəyli (DBP), Əvəz Temirxan (ALP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Taliyət Əliyev (ADP), Sülhəddin Əkbər (ACP), Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası), Mirmahmud Mirəlioğlu (KXCP), Mais Gülalıyev (Yaşıllar partiyası), Fuad Əliyev (ALDP), Həsən Həsənov (Azad Azərbaycan Partiyası), Tahir Abbaslı (Demokratik İslam Partiyası) iştirak ediblər. Diqqət çəkən hadisə odur ki, bu quruma İctimai Palata daxilində olan iki partiya-Müsavat və AXCP qoşulmadı. Məsələyə aydınlıq gətirməyə çalışdıq.

Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı AzNews.az-a deyib ki, demokratik qüvvələr İctimai Palatada toplaşıb: "Qoşulmaq istəyən digər qüvvələr üçün də İctimai Palatanın qapıları açıqdır. Demokratik Qüvvələrin Məşvərət Məclisinin yaranması bizim məqsədlərimizə xidmət etmir. Amma kimsə belə təşkilat yaradırsa, bu, onların öz işləridir. Biz onlara uğurlar arzulayırıq. Əgər bir qurum yaranırsa və orada aksiya keçirməyin önəmli olmadığı deyilirsə, onların hansı məqsədə xidmət etdiklərini deyə bilmərəm. Düşünə bilmirəm ki, onlar hansı yollarla nəticə əldə etmək istəyirlər. Burada toplaşan şəxslər aksiya keçirməməklə dəyişiklik etmək istəyirlərsə və buna iddialıdırlarsa, buyursunlar, yolları açıqdır. Görək, nə edə biləcəklər".

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Razi Nurullayev də həmkarı ilə eyni fikirdədir. O, bildirib ki, AXCP ilk günlərdə də qeyd edib ki, bütün mütərəqqi qüvvələrin İP-də toplaşmasının tərəfdarıdır AXCP İctimai Palatada təmsil olunur: "Bizim partiya adı çəkilən quruma kifayət qədər investisiya, güc, qüvvə sərf edib. Biz İctimai Palatanı müxalifətin parlamenti adlandırırıq. Ona görə də AXCP-nin kənar qüvvələrlə əməkdaşlığı bu partiyanın zəifləməsinə və Müsavat partiyası ilə münasibətlərini gərginləşdirə bilər".

İlkin
AzNews.az
Bağla X