BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfvi ilə əlaqədar narahatlığını ifadə edib. BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfvi ilə əlaqədar narahatlığını ifadə edib.

BMT-nin qurumu Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfvindən narahatdır

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfvi ilə əlaqədar narahatlığını ifadə edib.



AzNews.az APA-ya istinadən xəbər verir ki, BMT İnformasiya Mərkəzinə istinadən yaydığı məlumata görə, komissarlığın mətbuat katibi Rupert Kolvill Cenevrədə keçirdiyi brifinqdə ağır cinayətlərə görə məsuliyyətə dair beynəlxalq standartlara riayət olunmasının zəruriliyini bildirib.

O qeyd edib ki, etnik nifrət hissindən doğan bu cür ağır cinayətlər pislənməli, cinayəti törədənlər isə cəzalandırılmalıdır. Rupert Kolvill ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu məsələ ilə bağlı narahatlığını bölüşdüklərini deyib.

Elza
AzNews.az