Vladimir Putin: “ Avropa Birliyi siyasi təsirini Rusiyanın hesabına saxlamaq istəyir”

Avropa Birliyi siyasi təsirini saxlamaq istəyir, hələ üstəlik bunun üçün biz pulda ödəməliyik. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri, Putin Asiya-Sakit Okean zirvə toplantısında səsləndirib.

O, həmçinin əlavə edib ki, Avropa Komisyasından Qazpropa qarşı yanaşma qeyri-konstruktivdir. Rusiya prezidenti ölkəsi ilə Birlik arasında münasibətlərə də toxunaraq bildirib ki, o, münasibətlərin "ticarət müharibəsi" adlandırılmasının əleyhinədir. Putin fikrini onunla əsaslandırıb ki, "əvvəl Rusiya qazı Şərqi Avropa bazarlarına maya dəyərinə və bəzən isə ondan da ucuz çıxarıb. İndi tamamilə fərqli yanaşma var. Biz qazı bazar qiymətlərinə uyğun satışa çıxarırıq".

O, avropalı həmkarlarını hardasa başa düşdüyünü də dilə gətirib. " Aydındır ki, iqtisadi böhran dövründə, kimlərsə öz maliyyə yükünün bir hissəsini digərinin hesabına azaltmaq istəyir amma bu belə olmamalıdır. Bu isə avropalıları qane etmir". O, həmçinin Qazpromun Avropa ofislərində yoxlamaların aparılmasından təəssüfünü gizlətməyib və bildirib ki, bu cür addım Qazproma qarşı daha əvvəldə atılmışdı.

Sadiq
AzNews.az