- Köhnə - Siyasət
- 10 Sentyabr 2012 11:43
- 2 894
Vaşinqton Budapeştdən və Bakıdan izahat gözləyir
AzNews.az erməni saytlarına istinadən xəbər verir ki, amerikalı səfir ölkəsinin R.Səfərovun ekstradisiyasından və əfv edilərək azadlığa çıxmasından dərhal sonra məsələyə reaksiya verdiyini, narahatlığını bildirdiyini yenidən xatırladıb.
"Mən bir daha təkrarlamaq istərdim ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi danışıqlar prosesinə təhlükə yaradan istənilən cəhdə qarşıdır. Biz Budapeştdən və Bakıdan cavab gözləyirik və həmin cavabların əldə olunmasında ardıcıl olacağıq", - deyə səfir vurğulayıb.
Qeyd edək ki, həm Azərbaycan, həm də Macarıstan tərəfi Ramil Səfərov məsələsi ilə bağlı mövqeyini müxtəlif səviyyələrdə dəfələrlə açıqlayıb. Elə Birləşmiş Ştatların bu məsələyə münasibətinə də Bakıdan lazımi reaksiya gəlib və bildirilib ki, rəsmi Vaşinqtonun irəli sürdüyü fikirlər dürüst mövqe nümayişi baxımından təəccüblüdür.
Macarıstanın da müvafiq hakimiyyət dairələri Ramil Səfərovun ekstradisiyasının beynəlxalq hüquq normalarına uyğunluğunu dəfələrlə vurğulayıblar. Belə olan halda ABŞ-ın Ermənistandakı səfirinin səsləndirdiyi fikirlərin məntiqsizliyi və yalnız publikaya hesablandığı görünür.
AzNews.az