06:42
(077) 610-22-33

Ermənilər İsveçrədə də hay-küy qopardı

  • >
521 10 Sentyabr 2012 12:32 | Siyasət

İsveçrədəki erməni icması Ramil Səfərovun ekstradisiyası ilə bağlı etiraz aksiyası keçirib. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, Bern şəhərindəki Macarıstan səfirliyi qarşısında təşkil olunmuş aksiyada bu ölkə və Azərbaycan əleyhinə şüarlar səsləndirilib və Səfərovun ekstradisiyası kəskin şəkildə qınanıb.

Aksiya iştirakçıları Macarıstan hökumətindən ekstradisiyaya görə rəsmi olaraq üzr istəməyi və Azərbaycandakı Macarıstan səfirini geri çağırmağı tələb ediblər.

Qeyd edək ki, İsveçrə Xarici işlər Nazirliyi bundan əvvəl Macarıstanla Ermənistan arasında diplomatik münasibətlərin bərpasında yardımçı ola biləcəyi ilə bağlı bəyanat vermişdi.

Sadiq
AzNews.az
Bağla X