04:53
(077) 610-22-33

Hillari klinton: “İrana qırmızı xətt qoyulmayıb”

  • >
436 10 Sentyabr 2012 14:54 | Siyasət

“Biz diqqətimizi sanksiyalara yönəltmişik"



ABŞ-dan İrana "qırmızı xətt" xətt qoymağı tələb edən İsrail rəhbərliyini Hillari Klinton məyus edib.

AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, dövlət katibi Blomberq telekanalına müsahibəsində bildirib ki, ABŞ İranın addımlarını diqqətlə izləyir amma hələ ki, Tehrana "qırmızı xətt" qoymaq niyyətində deyil. Xanım Klinton İsrail hökumətinin daha tez qərar qəbul edilməsi ilə bağlı istəyini başa düşüdüyünü də dilə gətirib və əlavə edib ki, amerikanın izlədiyi xətt tamam başqadır. "Biz diqqətimizi sanksiyalara yönəltmişik. Çalışırıq ki, İranı bu yolla danışıqlar masası arxasına əyləşdirək".

Xatırladaq ki, İsrailin hökumət rəhbəri Binyamin Netenyahu Kanada televizyasına müsahibəsində ABŞ-dan İrana "qırmızı xətt" təyin etməyi tələb etmişdi.

Sadiq
AzNews.az
Bağla X