10:32
(077) 610-22-33

Macar XİN-dən Nalbandyana məktub

  • >
344 11 Sentyabr 2012 07:59 | Siyasət

“Səfərovun ekstradisiyası sırf hüquqi hadisədir”



Macarsıtan Xarici İşlər naziri Janos Martonyi Ramil Səfərovun ekstradisiyası ilə bağlı erməni həmkarına məktub ünvanlayıb. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, Macarıstan XİN rəhbəri Janos Martonyi bildirib ki, Səfərovun ekstradisiyasını ermənilər təhqir kimi qəbul etməməlidirlər.

Bundan əlavə nazir Janos erməni həmkarına yazdığı məktubda onu inandırmağa çalışıb ki, Səfərovun ekstradisiyası sırf hüquqi hadisədir və iddia edildiyi kimi siyasi və ya iqtisadi çalarları yoxdur. O, həmçinin məktubunda diplomatik münasibətlərin dayandırılmasından təəssüfləndiyini də qeyd edib.

Sadiq
AzNews.az
Bağla X