Məqalədə Macarıstan hökuməti və Azərbaycan qınanır Məqalədə Macarıstan hökuməti və Azərbaycan qınanır

New York Tayms Səfərovdan yazdı

Məqalədə Macarıstan hökuməti və Azərbaycan qınanır



AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, sırf ermənipərəst mövqedən yazılan məqalədə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən bir kəlmə belə qeyd edilmir. Məqalədə Macarıstan hökuməti Səfərovu ekstradisiya etməkdə ittiham olunur və qeyd edilir ki, bu ölkə hadisələrin bu istiqamətdə cərəyan edəcəyini bilə-bilə bu addımı atıb.

Həmçinin məqalədə o da vurğulanır ki, Səfərovun əfv edilməsindən sonra Qarabağ ermənilərini Azərbaycanını tərkibində yaşamağa razı salmaq mümkün olmayacaq.
Məqalədə bəzi siyasi məqamlara da toxunulur. ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Morninqstarın ümummilli lider Heydər Əliyevin heykəli qarşısında baş əyməsi tənqid olunur və Azərbaycan-ABŞ münasibətlərinin inkişafına qısqanclıqla yanaşılır.

Sadiq
AzNews.az