04:07
(077) 610-22-33

ABŞ-dan cəbhədəki gərginliyə - REAKSİYA

  • >
1 181 2 Avqust 2014 07:31 | Siyasət

ABŞ, Ermənistan və Azərbaycan prezidentlərini vacib məsələlər istiqamətində dialoqu davam etdirmək üçün ən yaxın zamanda görüşməyə çağırıb

ABŞ, iyulun 31-də təmas xəttində tələfatın əhəmiyyətli dərəcədə artmasına səbəb olan zorakılıq kəskinləşməsindən narahatlığını ifadə edir. "Biz həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri gərginliyi dərhal azaltmağa və atəşkəsə riayət etməyə çağırırıq. Münaqişənin hərb yolu ilə həlli mövcud deyil. Cavab zərbəsi və ya zorakılığın davamı, sülh yolu ilə həllin əldə edilməsini daha da çətinləşdirəcək", deyə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.

ABŞ, Ermənistan və Azərbaycan prezidentlərini vacib məsələlər ətrafında dialoqu davam etdirmək üçün tez bir zamanda görüşməyə çağırıb: "Biz həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin sülh razılaşmasının əldə edilməsinə yardımçı ola biləcək, danışıqlar prosesinə başlanılmasına dair təklifini qəbul etməyə çağırırıq. Biz Minsk Qrupu prosesini dəstəkləyir və davamlı həll yolu üçün səylərə yardım etməyə hazırıq", deyə Dövlət Departamentinin məlumatında qeyd olunur. (APA)



AzNews.az
Bağla X