”Biz adımızdan yayılan yalan məlumatları təkzib edirik” ”Biz adımızdan yayılan yalan məlumatları təkzib edirik”

ASALA Azərbaycan diplomatlarına qarşı terror hədələrini inkar etdi

”Biz adımızdan yayılan yalan məlumatları təkzib edirik”



Erməni terror təşkilatı olan ASALA Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşlarına göndərilən təhdid məktubları ilə heç bir əlaqəsinin olmadığını bildirib.

ASALA sentyabrın 11-də yaydığı bəyanatda Azərbaycan siyasətinə qarşı fəallıq nümayiş etdirmədiyini, Qarabağ ermənilərinin heç bir qüvvənin yardımı olmadan mübarızə apardığını vurğulayıb: "Biz adımızdan yayılan yalan məlumatları təkzib edirik".

Təşkilat bəyanatında bu məlumatların Azərbaycan tərəfindən beynəlxalq diqqəti yayındırmaq üçün yayıldığını iddia edib. Bəyanatda Türkiyənin də ünvanına tənqid və təhqirlər yağdıran təşkilat erməni və kürd xalqlarının öz hüququları uğrunda mübarizəsinin qələbə ilə nəticələnəcəyinə əminliyini vurğulayıb.

E.Əlosmanqızı
AzNews.az