Rəsmi Moskva cəbhə bölgəsində baş verənlərə münasibət bildirdi

Rusiya XİN: "Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması yolverilməzdir"
Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında baş verənləri atəşkəs sazişinin kobud pozulması kimi dəyərləndirir.

APA-nın xəbərinə görə, belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamenti direktorunun müavini Mariya Zaxarova çıxış edib.

"Bölgədə gərginliyin artması yolverilməzdir. Tərəfləri güc tətbiqindən imtina etməyə və durumun sabitləşməsi üçün təcili tədbirlər görməyə çağırırıq", - deyə o vurğulayıb.