Böyük Britaniya cəbhədə baş verənlərlə əlaqədar bəyanat verdi

Böyük Britaniya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlikdən narahatlığını açıqlayıb.

AzNews.az-ın BBC-yə istinadən verdiyi məıumata görə, Britaniya hökuməti təmas xəttində bölmələr arasında toqquşmalardan
narahatlığını ifadə edib.

Nazirliyin yaydığı bəyanatda bildirilib ki, Böyük Britaniya gərginliyin azaldılması üçün hər iki ölkəni tədbirlər görməyə və atəşkəs haqqında sazişə hörmət etməyə çağırır: "Hər iki tərəfdən insanların ölməsi faktlarından dərin kədərləndik. Həmçinin tərəfləri ATƏT-in Minsk qrupu ilə sülh sazişinin hazırlanması üzrə işləməyə çağırırıq".

Xatırladaq ki, iyulun 31-dən qoşunların təmas xəttində gərginlik yaşanır. Son günlər ərzində ermənilərin kəşfiyyat-təxribat qruplarının Azərbaycan SQ postlarına hücumları nəticəsində 13 azərbaycanlı hərbi qulluqçu həlak olub, bir neçə nəfər yaralanıb. Ermənilər isə daha çox itki versələr də bu faktı ictimaiyyətdən gizlətməyə çalışırlar.

AzNews.az