- Köhnə - Siyasət
- 5 Avqust 2014 14:58
- 2 213
Fransa da gərginliyin artmasından narahatdır
APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Fransanın Xarici İşlər Nazirliyinin (XİN) saytında bildirilir.
Fransa XİN-in məlumatında qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər.
"Fransa tərəfləri atəşkəs haqqında sazişə əməl etməyə, yeni insidentlərdən qaçmaq üçün gərginliyin azaldılması istiqamətində təcili tədbirlər görməyə çağırır", - deyə məlumatda vurğulanır.
AzNews.az