09:37
(077) 610-22-33

Avropada yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlara müraciət etdilər

  • >
656 5 Avqust 2014 16:21 | Siyasət

Avropada yaşayan azərbaycanlılar Avropa Parlamentinə və Almaniya Bundestaqına müraciət ediblər.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Avropadakı azərbaycanlılar adından Avropa Azərbaycanlıları Konqresi beynəlxalq təşkilatlara müraciət edərək Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində vəziyyəti yenidən gərginləşdirən və müharibənin alovlanmasına yönələn cəhdlərindən dərin narahatlığını bildirib və dünya ictimaiyyətini baş verənlərə laqeyd qalmamağa çağırıb.

Müraciətdə Ermənistan tərəfindən intensiv şəkildə atəşkəsin pozulduğu və ermənilərin təcavüzü nəticəsində Azərbaycanın 13 hərbçisinin, eyni zamanda sülhsevər sakinlərinin həlak olduğu qeyd edilir.

AAK Avropada fəaliyyət göstərən beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə qarşı zəruri addımlar atmağa, münaqişənin yenidən alovlanması təhlükəsinin regionda sülhə və sabitliyə ciddi təhlükə yaratdığını nəzərə almağa çağırıb.

Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat ATƏT-in Minsk qrupunun üzvlərinə, Almaniya Federativ Respublikasının parlamentinə (Bundestaq), Avropa Parlamentinin Xarici Əlaqələr və İnsan Hüquqları komitələrinə, həmçinin "Human Rights Watch" beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatının və "Amnesty İnternational" təşkilatının Almaniyadakı nümayəndəliklərinə göndərilib.

AzNews.az
Bağla X